“Gürcü Marşı”nın təşkilatçısı Lado Sadğobelaşvilini Kaladzenin qərargahının qarşısında həbs ediblər

sadghob

“Gürcü Marşı”nın təşkilatçılarından biri, Lado Sadğobelaşvilini polis Tbilisinin hakimiyyətin merliyə namizədi, Kaxa Kaladzenin seçki qərargahı qarşısında saxlayıb. “Nacionalistlər” orada marş keçirirmişlər.

Gürcüstanın Daxili İşlər Nazirliyindən Netgazetiyə bildiriblər ki, Lado Sadğobelaşvili administrativ hüquq məcəlləsinin 166 və 173-cü maddələri əsasında saxlanılıb. Maddə polisin qanuni tələbinə tabe olmamaq və kiçik xuliqanlığı nəzərdə tutur.

“Gürcü Arzusunun” baş katibi cənab Kaxa Kaladzeyə, “Gürcü Arzusunun” sədri Qiorqi Kvirikaşviliyə və Parlament çoxluğunun lideri cənab Talakvadzeyə müraciət edirəm, xalqın qarşısına çıxsınlar və vəd versinlər ki, gürcü torpağı satılmayacaq. Bizim tələbimiz budur”, – deyə aksiyanın təşkilatçılarından biri Sandro Bakradze bildirib.

Marş iştirakçıları qanunvericiliyin təşəbbüsünə etiraz edirlər. Qanunvericiliyə əsasən “Kənd təsərrüfatı torpaqlarının mülkü haqqında” Gürcüstan qanununa dəyişiklik daxil olur. Əgər hal-hazırda qüvvədə olan moratoriuma əsasən xaricilərin Gürcüstanda kənd-təsərrüfatı torpaqlarının satılması hüququ yoxdur, dəyişikliklər bu hüququ banklara verəcək.

“Gürcü Marşının” üzvləri özləri ilə “Kobaxidze, Çuqoşvili, Talakvadze – Sorosun qulları” yazılmış plakatlar da gətiriblərmiş.

Mənbə: Netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register