Sürücülük vəsiqəsi imtahanının real hərəkətdə keçirilməsi 2018-ci ilin birinci yarısından başlayacaq
Sürücülük vəsiqəsi imtahanının real hərəkətdə keçirilməsi 2018-ci ilin birinci yarısından başlayacaq. Daxili İşlər Nazirliyinin Xidmət Agentliyindən ipn-ə bildiriblər ki, layihələşdirmə işləri başa çatıb və indiki mərhələdə hazırlıq işləri gedir.
“Evrodirektivlə götürülmüş öhdəliyin implementasiyası məqsədi ilə, DİN-in Xidmət Agentliyi fəal şəkildə sürücülük vəsiqəsinin praktiki imtahanının real şərtlərlə aparılması layihəsi üzərində çalışır. Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrin təcrübəsini öyrəndik. İndiki mərhələdə layihə işləri bitib və həyata keçirmək üçün hazırlıq işləri gedir. Sürücülük vəsiqəsinin dəyişmiş forması 2018-ci ilin birinci yarısından qüvvəyə minəcək”, – deyə agentlikdən bildiriblər.
Xatırladaq ki, Rustavi bələdiyyəsi şəhər ərazisində nəqliyyat vasitələrinin praiktiki idarəsini öyrənmək üçün icazə verilmiş yolların nüsxəsini iyunda təsdiqləyib.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments