Cənubi Osetiya və Abxaziyada keçid məntəqələrinin bağlanmasına görə ABŞ heyrət içindədir və Rusiyanı regionlardan öz hərbçilərini çıxarmağa çağırır

ABŞ işğal olunmuş Cənubi Osetiyada və Abxaziyada keçid məntəqələrinin bağlanmasından heyrətə gəlib və Rusiyanı regionlardan öz hərbçilərini çıxarmağa çağırır.
Bu haqda ABŞ-ın Gürcüstan Müdafiə və Təhlükəsizlik işçi qrupunun birgə bəyənatında deyilir. Qrupun görüşü Vaşinqtonda baş tutub.
“ABŞ demarkasiya işlərinin və keçid məntəqələrinin bağlanmasına görə heyrətini bildirib”, – deyilir bəyənatda.
Görüş iştirakçıları Rusiyanı 2008-ci il in atəşi dayandırmaq haqqında razılığına əsasən, yenidən Gürcüstan regionlarından, Abxaziya və “Cənubi Osetiyadan” öz silahlı qüvvələrini çıxarmağa çağırıb.
“ABŞ onu da qeyd edib ki, Gürcüstan süverenliyini, müstəqilliyini və beynəlxalq şəkildə tanınmış sərhəd çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”, – birgə bəyənatda qeyd olunur.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments