Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 18.9.2017-cı il.

1048-ci ilin 18 sentyabrında Səlcuq və Bizans qoşunları arasında döyüş birincinin qələbəsi ilə başa çatmış, Səlcuqlular bu döyüşdə çoxlu qənimət ələ keçirmişlər.

18 sentyabr 1851-ci ildə dünyada tanınmış qəzetlərdən biri olan Nyu York Tayms qəzeti yayıma başlamşdır.

Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi , Azərbaycanın əməkdar incəsənət xadimi Müslüm Maqomayev 18 sentyabr 1885-ci ildə  Qax rayonunun İlisu kəndində anadan olmuşdur.

Azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdur. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra 1923-cü ilin 18 sentyabrında şəhər Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırıldı. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki “Xankəndi” adı bərpa edilmişdir.

1972-ci ilin bu günü Münhen Olimpiadasında İsrail idmançılarına qarşı terror aktı həyata keçirilmişdir.

Böyük Azərbaycan şairi, Şeirlərini türk dili (azərbaycan dili) və fars dillərində yazmış, daha çox Şəhriyar təxəllüsü ilə tanınan Məhəmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə dünyasını dəyişmişdir. Hər il 18 sentyabr İranda “milli şeir günü” kimi qeyd edilir. “Ulu Şəhriyarın poetik aləmdə yadigar qoyub getdiyi ədəbi irs xəzinəsini yalnız eni-uzunu,dərinliyi ölçüyə gəlməyən dəryalar,okeanlarla müqayisə etmək olar”.

1994-cü ilin 18 sentyabrında dünyaya səs salan əsrin müqaviləsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur.

18 sentyabr 2006-cı ildə Antalyada türkdilli dövlətlərin və icmaların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilmişdir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register