İrakli Kobaxidze – Uşaqların, məktəb şagirdlərinin siyasi proseslərdə iştirak etməsi qəbuledilməzdir

Uşaqların, məktəb şagirdlərinin siyasi proseslərdə iştirak etmək qəbuledilməzdir – hələ ki, belə birbaşa formada, – parlamentin sədri İrakli Kobaxidze Şuaxevi ictimai məktəbində, birinci sinif şagirdlərinin Gürcü Arzusunun siyasi bayraqları ilə çəkilmiş fotoya belə rəy bildirib.
“Bu məsələ öyrənilməlidir. Buna müvafiq rekasiya göstərmək lazımdır”, – deyə İrakli Kobaxidze qeyd edib.
Məlumat üçün, Şuaxevinin məktəbinin müəllimlərindən biri Marine Darçidze dərs ilinin başlaması ilə əlaqədar sosial şəbəkədə foto paylaşıb. Fotoda birinci sinif şagirdləri əllərində “Gürcü Arzusunun” bayraqlarını tutublar.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments