Marneulidə “Avropalı Gürcüstan” partiyası qanun pozuntusuna görə cərimələnə bilər

ahmed-11

 Marneuli  bələdiyyəsi 2017-ci ilin 7 avqustunda sərəncam qəbul edib. Sərəncama əsasən Marneulinin əsas, mərkəzi körpüsündə bir siyasi subyekt yalnız 10 dənə seçkiqabağı təşviqata aid olan plakat vura bilər. “Avropalı Gürcüstan” siyasi partiyasının nümayəndələri Marneulinin mərkəzi körpüsünün hər iki tərəfinə bütün məsafə boyunca seçkiqabağı təşviqat plakatları vurublar. “Avropalı Gürcüstanın” maerliyə namizədi Əhməd İmamquliyevin dediyinə görə onun komandasının qadağa haqqında məlumatı yox imiş və onlar özlərini günahkar hesab etmirlər.

“Mən bu haqqda hecnə bilmirdim. Ona görə də biz plakatı vurduq və bu halda biz günahkar deyilik. Gürcü arzusu günahkardir. Onlar istəyirlər ki, bizi cərimələyib məhkəməyə versinlər. Ama mən düşünürəm bununla heçnəyə nail olmayacaqlar. Çünki bu məlumat bizə gəlib çatmayıb.

Eləcə də Əhməd İmamqulieyv qeyd etdi ki, onun komandası qeyd olunan plakatları çıxarmağı planlaşdırmır. Marneuli bələdiyyəsinin nəzarət xidmətinin rəhbər müavini Devdar Devdarianinin sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı, nəzarət xidmətinin bu haqda məlumatı var və məsələnin öyrənilməsi prosesi gedir.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register