Daştəpə kəndində susuz qalan əhali

wyali

Daştəpə kəndində son üç aydır ki, əhaliyə içməli su verilmir. Kənd sakinlərinin yarısı yay ərzində içməli suyu qonşu kəndlərdən gətirirmişlər, həftədə bir dəfə onların kranından beş dəqiqə ərzində bir neçə damcı su gəlirmiş. Yerlilər bir neçə dəfə özünüidarə etməyə müraciət etsələr də nəticə verməyib.

“Hakimiyyətə müraciət etdik, amma kömək etmədilər. Kimsə haradasa bağ sulayır biz isə susuz qalmışıq”.

Marneuli munisipolitetində Daştəpə kəndində mövcud olan problem haqda məlumatları var. Ancaq bildirirlər ki, infrastruktur quruub və içməli suyun təzyiqini kontrol etmək Marneuli munisipolitetinin MMC “Kənd su”nun öhdəsinə düşür. “Kənd su”nun sədri  Badri Qveladzenin bildirdiyinə görə isə Daştəpə  kəndində içməli sunun təzyiqini düzgün montaj olunmayan borular azaldır.

“Sistemin özü də belədir suyu əhaliyə qədər aparıb çıxara bilmirsən. Gərək düəzldəsən, su güllə deyil ki, yerinə lap tez çatsın”.

Badri Qveladzenin bildirdiyinə görə bu dəqiqələrdə Daştəpə kəndində “Kənd su”nun əməkdaşları işləyirlər ki, problemi həll etsinlər. ancaq kənddə bu faktı əhali təsdqiləmir. Yerli özünüidarəetmənin bildirdiyinə görə, Daştəpə kəndində içməki sunun infrastrukturu qurğusu məqsədilə kəndə dəstək layihəsi çərçivəsində 7 min 761 lari xərclənib. Yerli büdcə isə 9 min laridən çox sərf edib. Xərclənən pula baxmayaraq Daştəpə kəndinin əhalisi sussuz qalıb.

Radio Manreuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register