Azərbaycanda DİN-in attaşesini “Gürcü Arzusu” Marneulidə merliyə namizəd olaraq təqdim edib

qqq

Gürcüstanın Azərbaycandakı səfirliyində DİN-in attaşesi, Teymuraz Abbasov “Gürcü Arzusu” partiyası tərəfindən Marneulidə merliyə namizəd olaraq təqdim edib. Bu məlumatı “Gürcü Arzusu”nun mətbuat xidmətindən təsdiqləyiblər.

Teymuraz Abbasov Daxili İşlər Nazirliyinin əməkdaşıdır və hal-hazrıda o, Azərbaycanda Gürcüstan səfirliyinin DİN-in attaşesidir.

Azərbaycanda Gürcüstan səfirliyinin bu haqda məlumatı yox idi ki, onların əməkdaşı Marneulinin merliyinə namizəd olaraq təqdim ediblər.

Teymuraz Abbasov indi Azərbaycandadır.

DİN-in mətbuat xidməti indi Teymuraz Abbasov haqda məlumatın axtarışındadır ki, məlumat verilən kimi sizi onunla tanış edəcəyik.

Məlum oldu ki, Amiran Qiorqadze Marneulinin merliyə namizədliyindən çıxarılıb. “Gürcü Arzusu”nun mətbuat xidmətindən təsdiqləyirlər ki, Qiorqadzenin namizədliyi çıxarılıb və o, Marneuli Bələdiyyəsinin sədrliyinə namizəd olaraq bildirilir.

Bu dəyişiklik haqqında Amiran Qiorqadze Radio “Marneuli” vasitəsi ilə məlumat əldə etdi.

Amiran Qiorqadzenin namizədliyinin rəsmi təqdimatı olmayıb, ancaq o, fəal olaraq seçki qabağı kampaniyaya, merliyə namizəd olaraq qoşulub.

Amiran Giorgadze

 

Onun seçki lövhələri şəhərin mərkəzində hələ də qalmaqdadır

11

222

Radio “Marneuli”

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register