Mixail Saakaşvili – məhkəmə iclası təxirə salınıb
Mixail Saakaşvilinin məhkəmə iclası bu gün gecikmiş vaxtda baş tutacaq. Nu haqda Gürcüstanın keçmiş Prezidenti şəxsi “Facebook” səhifəsində yazıb.
“İndi Mostiska şəhərinə səfər edəcəm, orada mənim evimə qayıtmağım məsələsinin müzakirəsi baş tutmalıdır. Amma Amma mənə bildirdilər ki, məhkəmə iclası təxirə salınıb və saat 16:15-də baş tutacaq.
Görsəndiyi kimi, onlar hələ bu “əsrin günahlarını”n bütün sübutlarını toplaya bilməyiblər. Nə edək, gözləyəcəm, əsas odur ki, doğma torpağımdayam”, – yazır Mixail Saakaşvili.
Məhkəmə iclası Lvov vilayətinin Mostiska şəhərində baş tutacaq.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments