“Gürcü Arzusu”nun qərarına əsasən Amiran Qiorqadze merlik uğrunda mübarizə aparmayacaq

qqq

Dünən axşam saatlarında “Gürcü Arzusu” partiyasının Tbilisi qərargahında və Marneulinin Amiran Qiorqadzeyə dəstək olanlar arasında danışıqlar başa çatıb. Danışığın kimlə getdiyi media üçün məlum deyil. Qərargahdan çıxan Marneulinin majoritar deputatı Tamaz Naveriani bildirib ki, partiya bu seçkilərdə iki güclü namizədlə təqdim olunacaq. Onlardan hansının merlik üçün mübarizə aparacağını Naveriani qeyd etməyib.

Ancaq “Gürcü Arzusu” partiyasının çoxluq nümayəndəsi Mamuka Mdinaradze mediaya rəsmi məlumatında danışıqların nəticəsini bildirib: Merliyə namizəd olaraq yaxın gələcəkdə Teymuraz Abbasov təqdim olunacaq. Amiran Qiorqadze isə partiya siyahısında birinci olacaq və Marneuli bələdiyyəsinin sakrebulo sədrliyi üçün mübarizə aparacaq. Onun sözlərinə görə, əvvəlki seçkilərdə də partiyada belə hal baş verib və “canlı prosesdir” – deyə Mdinaradze bildirib.

Mdiniaradze bu qərarın Azərbaycanın Neft Kompaniyası “Socar”ın Kvemo Kartli regionuna təsirinə bağlı olduğunu inkar edib.

Aksiyanın qalan iştirakçıları mediaya müsahibə vermək istəmədilər.

Sentyabrın 18-də “Gürcü Arzusunun” mətbuat xidməti Amiran Qiorqadzenin namizədliyini Marneuli sakinləri üçün tanış olmayan Teymuraz Abbasov əvəz edəcək. Bizdə olan məlumata görə o, DİN-in əməkdaşıdır və Gürcüstanın Azərbaycandakı səfirliyinin ataşesidir.

Merliyə namizəd, Amiran Qiorqadzenin namizədlikdən çıxarılması haqqında məlumatı 18 sentyabrda “Gürcü Arzusu” partiyasının mətbuat xidmətindən təsdiqlədilər. Onu DİN-in əməkdaşı, Teymuraz Abbasovla əvəz ediblər və məlum olduğu kimi o, DİN-in Azərbaycanda Gürcüstan səfirliyinin attaşesidir.

Təxminən saat 20:00-da məlum oldu ki, Amiran Qiorqadzenin dəstəkçiləri Marneulidə “Gürcü Arzusu”nun qərargahı qarşısında toplaşıblar. İştirakçıların bildirdiyinə görə, onlar yeni namizədi istəmirlər və Marneulinin (yerli) namizədinin qaytarılmasını tələb edirlər.

Partiyanın yerli liderləri və bələdiyyə əməkdaşlarının təşkilatçılığı ilə Marneulidən Tbilisiyə gediblər.

Tbilisidə partiya qərargahında danışıqlar 2 saatdan çox davam edib.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register