İşğal altında olan Cənubi Osetiyanın inzibati sərhəddi 19 sentyabrdan 22 sentyabra qədər bağlanacaq
İşğal altında olan Cənubi Osetiyanın inzibati sərhəddi 19 sentyabrdan 22 sentyabra qədər bağlanacaq. Bu haqda de fakto təhlükəsizlik komitəsində bildiriblər.
“Cənubi Osetiya Respublikasının dövlət Təhlükəsizlik Komitəsi bildirir ki, Cənubi Osetiya Respublikasının 27 illiyinə həsr olunmuş tədbirlərə görə, 19 sentyabr saat 09:00-dan Gürcüstan sərhəddindən vətəndaşların keçirilməsi müvəqqəti olaraq dayandırılacaq”, – deyilir bəyənatda.
De fakto təhlükəsizlik komitəsində qeyd ediblər ki, keçid-buraxılış məntəqələri adi rejimdə işinə 22 sentyabr saat 07:00-dan başlayacaq.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments