Yeni elan olunmuş namizəd haqqında məlumat 24 saatdan sonra da məlum deyil

6666

“Gürcü Arzusu” partiyasının merliyə yeni namizədi Teymuraz Abazovun bioqrafiyası “Marneuli” radiosuna hələ də məlum deyil.

18 sentyabr tarixində “Gürcü Arzusu” partiyasının Marneuli merliyinə namizədini dəyişməsi haqqında məlumat yayılan kimi “Marneuli” radiosu yeni namizəd haaqında məlumat almağa cəhd etdi.

Biz Gürcüstanın Azərbaycandakı səfirliyi, Daxili İşlər Nazirliyi, “Gürcü Arzusu”nun yerli və mərkəzi PR xidmətlərinə müraciət etsək də, bu vaxta qədər Teymuraz Abazovun kim olması və partiyanın nə üçün onu namizəd seçməsi haqqında heç kəsin məlumatı yoxdur.

Məhz 18 sentyabr tarixində “Gürcü Arzusu”nun mərkəzi ofisində Amiran Qiorqadze və Teymuraz Abazovun namizədlikləri haqqında 2 saat ərzində danışıqlar gedib, nəticədə isə “Gürcü Arzusu” çoxluğunun nümayəndəsi Mamuka Mdinaradze mətbuata görüşün nəticəsi haqqında rəsmi məlumat verdi: merliyə yaxın gələcəkdə Teymuraz Abazovun namizədliyi irəli sürüləcək. Amiran Qiorqadze isə partiya siyahısında birinci olacaq və Marneuli Bələdiyyə Məclisinin sədrliyi uğrunda mübarizə aparacaq.

“Marneuli” radiosu

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register