Marneulidə merlik üçün 2 qadın mübarizə aparacaq

2-23[1]

 Marneuli tarixində ilk dəfə olaraq mer vəzifəsi uğrunda qadın namizədlər mübarizə aparacaq. Marneuli sakini Leyla Məmmədovanın namizədliyi Quruculuq Hərəkatı Partiyası tərəfindən irəli sürülüb. Onun əsas motivasiyası və gender bərabərliyi uğrunda mübarizədir.

“Mənim təmsil etdiyim partiyanın adı ilə deyə bilərəm ki, yaxşıyı dəstəkləyəcəyik, pisi aradan qaldıracağıq, çatışmayanı isə inşa edıcəyik”.

İkinci namizəd isə Gürcüstan Partiyası tərəfindən irəli sürülən Diana Bejanişvili-Mestvrişvilidir. O əslən Tetri-cğaro rayonundandır. Onun dediyinə görə Marneuli rayonundakı vəziyyəti araşdırıb və çoxlu yeniliklər etməyi planlaşdırır.

“Qadınların hüququ qorunmur, bundan başqa onların gürcülərlə ünsiyyətdə dil baryeri də mövcuddur.  Mütləq bunun da qayğısına qalacağam. bundan başqa  bir çox məsələləri həll edəcəyəm. Tezliklə marneulini tanımayacaqsınız”.

Yerli sakinlərin qadınların siyasətdə iştrakı haqqında nə düşündükləri barədə sorğu keçirdik və onu sizə təqdim edirik.

Şərqi Avropa Mərkəzinin Çoxpartiyalı Demokartiya nümayəndəsi Levan Tsutskiridzenin dediyinə görə,  qadınların siyasətdə iştirakı müəyyən dərəcədə iqtisadi və sosial problemlərlə əlaqəlidir. “ Buna görə də siyasətdə nə qədər çox qadın olarsa,  bu Gürcütanda daha yaxşı siyasətin olması üçün o qədər yaxşı olar.”

“Ümumiyyətlə bizdə Qadınların siyasətdə iştirakı çox böyük problemdir ki, bu da qadınların iqtisadi çətinlikləri və digər sosial problemləri ilə bağlıdır. Siyasətdə nə qədər çox qadın olarsa, fikrimcə o qədər yaxşı olar. Ümumiyyətlə Gürcüstanda daha yaxşı siyasi vəziyyət üçün siyasətçilər özləri də qadınlara dəstək olmalıdırlar, qadınların siyasətdə iştirakı üçün qanuni mexanizmlər qəbul olunmalıdır, və ümumiyyətlə siyasi partiyalar bu istiqamətdə daha çox iş görməlidirlər”.

Marneuli bələdiyyəsi özünüidarəetmə orqanındakı 9 xidmətdən yalnız birinə qadın rəhbərlik edir. Bələdiyyə məclisi isə 33 nəfər üzvdən ibarətdir və onlardan yalnız biri qadındır, bələdiyyə aparatının rəhbəri də qadındır.

“Marneuli” radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register