Marneulinin 9 məktəbində reabilitasiya işləri gedir

didi-muganlo[1]

Yuxarı Saral ictimai məktəbin şagirdləri yenicə təmirdən çıxmış iki mərtəbəli binada qəbul edib. Məktəbin həyətinin bütün ərazisinə daş tökülüb. Bina isə iki hissəyə bölünüb. Birinci hissə birmərtəbəli binadır ki, burada dörd otağın hamısı müəllimlər otağı, kitabxana və abituriyentlər üçün sinifdən ibarətdir. İkinci hissə isə ikimərtəbəli binadır ki, burada da direktorun kabineti və sinif otaqları yerləşir.

Məktəbin girişi ağ rənglə boyanıb və otaqlara girərkən nəzərə ağacdan təzə döşənmiş döşəmə üzərində köhnə məktəb inventarları çarpır. Siniflər isə böyük pəncərələr sayəsində bütün gün ərzində işıqlıdır.

Bütün bunlar Marneuli Demokrat Qadınlar cəmiyyətini layihəsi əsasında, yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilib ki, bunun üçün də 80 000 dollar xərclənib. Marneuli Demokrat Qadınlar cəmiyyətinin sədri Olqa Endeladzenin dediyinə görə, layihənin ideyası məktəb və donor təşkilat arasında əməkdaşlıq idi.

“Bu layihə pilot layihə idi, fikirləşirəm ki, məktəblər bu təcrübədən istifadə edə və öz məktəblərinin bərpasını planlaşdıra bilərlər”.

Marneuli bələdiyyəsində Yuarı Saral məktəbindən başqa daha 8 məktəb də təmir olunur. Onlardan beşi – Marneuli 5 saylı məktəbi, Tsereteli, Təzəkənd, Qaçağan, və Keşəli 1 saylı ictimai məktəbi Minilliyin çağırışı fondu layihəsi çərçivəsində təmir olunur.

Bərpa işlərindən başqa fond  direktorların, müəllimlərin hazırlıq keçməsinə 75 milyon dollar ayrılıb. Fond və Səfirliklərdən başqa bələdiyyədə təmir-bərpa işlərini təhsil və elm infrastrukturunun inkişafı agentliyi də həyata keçirir ki, bunu çərçivəsində Marneuli 1 saylı məktəbi tikilir. Bu tenderin qiyməti 1 milyon 388 min 490 laridir. Keşəli kəndinin ictimai məktəbinin tibb otağının qaydaya salınmasına isə agentlik tərəfindən   6 933 lari ayırılıb.

“Marneuli” radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register