“Zarafat kolleksiyası 2” yeni il qonağınız olacaq
Dekabr ayının 21-22-də saat 15:00-da gənc aktyor və ssenarist Anar Rafiqoğlu tamaşaçılarına “Zarafat kolleksiyası 2” adlı şousu ilə gülüş bəxş edəcək. Stand up Tbilisi şəhərində, Atoneli teatrında keçiriləcək.
Xatırladaq ki, Anar Rafiqoğlu Medea Çaxava adına Tbilisi Teatr və Kino Akademiyasında təhsil alıb. Hazırda Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin tələbəsidir. Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Peşəkar Dram Teatrının bir çox tamaşalarında maraqlı obrazlar yaradıb. Gürcüstanda ilk dəfə azərbaycan dilində “Stand Up” şounu həyata keçirmişdir. Qeyd edək ki, “Zarafat kolleksiyası 2” gənc aktyorun sayca 4-cü “Stand Up” şousu olacaq.
0 Comments