Parlament seçki rejiminə keçir və bir ay müddətində iclaslar keçirilməyəcək

Parlamentin sədri İrakli Kobaxidzenin bildirdiyinə görə, bu gün plenar sessiya olmayacaq. İrakli Kobaxidzenin dünən iclas başa çatan zaman bildirdiyinə görə, ölkənin seçki rejiminə keçməsindən dolayı, reqlamentə müvafiq olaraq, plenar iclaslar bir ay müddətində keçirilməyəcək.
“Reqlamentə əsasən, seçki rejiminə keçirik. Qayda olaraq, bir ay müddətində seçkilərə qədər Parlamentin iclasları keçirilmir. Uyğun olaraq, cümə günü Parlament iclası keçirilməyəcək. Seçkiqabağı rejimə keçirik. Lazım olan halda növbəti və ya növbədən kənar iclaslar keçiriləcək”, – deyə İrakli Kobaxidze izahat verib.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments