Ayaqyolundakı qoxular şagirdlərdə allergiyanı inkişaf etdirib

meeqsvse skolis saprparesho

Dünən N6 saylı ictimai məktəbin şagirdlərindən birinin valideyni, məktəbdə olan ayaqyolu problemi ilə bağlı Radio “Marneuli” ilə əlaqə saxladı. Nona Samxaradze deyir ki, nazirlik tərəfindən verilən bəyənatda bildirilir ki, guya məktəblərin ayaqyolunda higiyenik problemlər aradan qaldırılıb. Bu həqiqətə uyğun deyil. Çünki N6 saylı ictimai məktəbin ayaqyolu heç bir higiyenik tələbə cavab vermir.

“İlk növbədə ayaqyolunda birinci sinif şagirdinin istifadə edə biləcəyi dərəcədə şərait yoxdur. Uşağın əlindən tutub kömək etməli oldum ki, istifadə etsin. Kağızı isə evdən aparmışdım və ondan istifadə etdik. Sabun ümumiyyətlə yox idi. Su gəlmirdi. Kişik hovuzda su var idi və uşağın əllərini birtəhər orada yudum. Qoxuya görə uşaqlarda allergiya baş qaldırır”.

Biz bəyənatın müəllifi, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nata Asatiani ilə söhbət etdik. Onun sözlərinə görə, verdiyi bəyənat media vasitələri tərəfindən düzgün yayımlanmayıb və nazirlik problemin həll olunması üçün çalışır.

“Əgər biləsk ki, 100% bütün məktəblərdə problem həll olunub, heç monitorinq də aparmazdıq. Bir neçə məktəbdə yəqin ki, belə vəziyyət yenə də mövcuddur. Bunu bizim monitorinq vasitəsi ilə aşkarlayacaqlar və müvafiq reaksiya göstəriləcək”.

N6 saylı ictimai məktəbin ayaqyolunun probleminin həlli üçün bir tender alınmayıb. Şagirdlərin valideynləri Təhsil Nazirliyinə ərizə ilə müraciət etməyi planlaşdırırlar.

 

“Marneuli radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register