Qht və məktəblərə amerikalı könüllülər gətirmək imkanı veriləcək

7

2007-ci ildə Marneulinin N5 saylı ictimai məktəbi ilk dəfə Marneulidə, Sülh Korpusunun çərçivəsində amerikalı könüllünü qəbul edib. Məktəbin direktoru Lela Xarşiladzenin dediyinə görə, artıq dördüncü könüllünü qəbul ediblər. Onların  çalışmasını isə müsbət qiymətlərndirir və deyir ki, məktəbin inkişafında böyük rol oynayırlar. Əməksevər və səlahiyyətlidirlər.

“Dərsin keyfiyyətli olmasından əlavə, amerikalı həmkar pedaqoqla yanaşı dərs keçdiyindən əlavə dərsdən  kənar pedaqoqla da məşğul olur. Çox böyük inkişaf var və mənim məktəbimdə bu hiss olunur”, – bildirir Lela Xarşiladze.

Daiani artıq bir ildir ki, Marneulinin beş saylı ictimai məktəbində çalışır. O, deyir ki, uşaqlar çox motivasiyalıdırlar və ingilis dillərinin yaxşılaşdırılması üçün hər şeyi edirlər.

“Mən çox şanslıyam ki, uşaqları öyrədirəm və müxtəlif aktivliklər keçiririk. Mənim gürcü və azərbaycanlı şagirdlərim var. Onlarla ünsiyyət qurmağı sevirəm”, – deyir Daian.

Fərdi və təşkilati inkişaf proqramının meneceri Tika Revişvili deyir ki, Sülh korpusu Amerika təşkilatıdır. Onun əsası 1961-ci ildə qoyulub. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərir və üç əsas məqsədi var:

“Məqsəd Amerikalı vətəndaşları könüllü olaraq gətirməklə marağı olan ölkələrə inkişaf prosesində dəstək olmaqdır. Onlar müxtəlif inkişaf proseslərinə qoşulurlar. Ikinci məqsəd odur ki, könüllülər xidmət göstərdikləri ölkələri yaxşı öyrənirlər və üçüncü məqsəd Amerikaya qayıdanda həmin ölkə haqqında amerikanlara məlumat verməkləridir”, – bildirir Tika Revişvili.
Bu il də sülh korpusu Gürcüstanda təşkilatlar və icma qrupları üçün, sülh korpusunun fərdi və təşkilati inkişaf proqramını könüllüsünü qəbul etmək üçün müsabiqə elan edib. Müsabiqədə Gürcüstanın müxtəlif regionlarından marağı olan hər bir hökumət və qeyri-hökumət təşkilatı, icma qrupu iştirak edə bilər.

Radio “Marneuli”

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register