Beynəlxalq sülh gününə Marneuli də qoşuldu
21 sentyabr tarixində beynəlxalq sülh günü qeyd olundu. Bununla bağlı Marneulidə, Cavaxişvili adına parkda Şərq Tərəfdaşılığı və Mərkəzi Asiyanın Regional Təşkilatı, Qafqaz Gənclər Birliyi parkın divarında rəsm çəkdilər. Koordinator Levan Qiorqadze deyir ki, bu ideyada olan rəsmdir ki, təhsilin əlçatanlığına və tolerantlığa xidmət edir.
“Rəsm və incəsənət vasitəsilə beynəlxalq sülh gününü qeyd edirik. Bu birləşmiş divar olacaq. Əslində divar qrupları bir-birindən ayıran simvoldur. Bu halda isə birləşdirən divarlar ideyası ilə hazırlanıb. Birləşdirmə funkasiyası daşıyır”.
Marneuli Resurs Mərkəzinin mütəxəssisi, irma Davadze deyir ki, bu gün keçirilən aktivliyə 20-ə yaxın gənc qoşulub.
“Şagirdlər müxtəli müsabiqələrdə qalib gələnlərdir. Divardakı rəsmin mənası odur ki xalqlar arasında təhsil vasitəsilə sülh, tolerantlıq və anlayış yolu ilə necə münasibət qurmaq olar”.
Teona Lomidze tədbirin iştirakçısıdır. İştirak etməyə isə müəllimin təşəbbüsü ilə qərar verib.
“İştirak etdim. Rəsm çəkməyi sevirəm, həm də məndə alınır. Burada iştirak etmək mənim üçün vacibdir”.
Beynəlxalq sülh günü BMT-nin Baş Assambleyası tərəfindən 1981-ci ildə təsis edilib.”Dünyada sülh haqqında ideyaları gücləndirək” – bayramın əsasının qoyulması ideyası və məqsədi bu idi. 20 ildən sonra isə BMT-nin Baş Assambleyası xüsusi qətnamə qəbul edib və bununla da 21 sentyabrı hər il “Qlobal atəşin dayandırılması və zorakılığa qarşı” bayram elan ediblər.
“Marneuli” radiosu
Amil Məmmədov2286 Posts
0 Comments