Mamuka Mdinaradze – Bizim tərəfimizdən növbəti kompromisli addım atıldı, yeni təşəbbüs irəli sürüləcək
Daim söhbət gedir ki, “Gürcü Arzusu” kompromisə getmir, ancaq bizim tərəfimizdən növbəti kompromisli addım atıldı. Yeni təşəbbüs irəli sürüləcək – bu haqda jurnalistlərə “Gürcü Arzusu” fraksiyasının lideri Mamuka Mdinaradze Konstitusional dəyişikliklərlə bağlı idarəçi komandanın təklifini dəyərləndirərkən bildirib.
Onun sözlərinə görə, bonuslar sistemi və seçki blokları vacib məsələdir.
“Bu iki məsələ olduqca vacibdir. Kompromis elə olmalıdır ki, bir tərəfdən ölkənin marağına zərər vurmasın və digər tərəfdən səmimi addıma əsaslanacaq ki, cəmiyyətin sualları qalmasın. Ölkənin uzunmüddətli inkişafını təmin edəcək Konstitusiyamız olacaq”, – bildirib Mdinaradze.
Müxalifətlə konsensusa gəldikdə isə Mdinaradze bildirib ki, konsensus müxalifətin öz məqsədi deyil.
“Müxalifət bir asan sualar cavab vermir, Konstitusional dəyişikliklər hansı hallarda dəstəkləyəcək. Onların məqsədi konsensus deyil və müvafiq olaraq konsensusa nail olunmayacaq”, – qeyd edib Mdinaradze.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments