Yanvar ayından məktəblərdə şagirdlərə alma paylanmaya bilər

news4

Ola bilsin ki, Dekabr ayından məktəblərə alma gətirməsinlər, – bu haqda ipn.ge-yə Elm və Təshil Nazirliyinin layihə üzrə koordinatoru Maia Muşkudian bildirib.

Muşkutianın məlumatına görə, hal-hazırda layihənin formalaşdırılması üçün işlər gedir və ola bilsin, alma komponenti başqa komponentlə əvəz olunsun.

Muşkutianın bildirdiyinə görə, almanı məktəblərə dekabr ayı da daxil olmaqla gətirəcəklər, sonra komponentin daxil edilməsi davam edəcək ya yox bunu konkretləşdirməyib.

“Sağlam həyat tərzinin əsasının qoyulmasına dəstək məqsədi ilə başlayan kampaniyanın komponentlərindən biri məktəblərə alma gətirilməsidir və bu uşaqların bilik səviyyəsinin qaldırılması üçündür ki, nə ilə qidalanmalı olduqlarını, sağlam qidanın nə olduğunu və.s. bilsinlər. Məlumatlandırmaq yaxşıdır, çünki valideynlər və şagirdlər oxuyurlar ki, onların məktəbinə alma gətiriləcək ya yox. Düşünürük ki, bu kampaniyanın yaxşı nəticəsi olacaq, ancaq bu bir hissəsidir və bu kampaniya müxtəlif komponentlərlə dolmalıdır. Ola bilsin bu idman elementleri olsun və ya həvəsləndirici aksiya, müsabiqə. Bu hələ dəqiqləşməyib.

Almadan sonra məktəbə nə daxil olmalıdır biz bunun üzərində açlışmırıq. Biz böyük miqyaslı kampaniya üzərində çalışırıq ki, uşaqlar sağlam qidalar haqqında daha çox məlumat alsınlar. Amma bu demək deyil ki, məktəbə yenə hansısa məshul gətirəcəyik”, – deyir Muşkutiani.

Dekabra qədər alma komponenti konkret olaraq davam edəcək. Bilmirik dekabrdan sonra proqramda bu komponent olacaq ya yox. Bunu əvvəlcədən deyə bilmərik. Baxaq necə nəticə göstərəcək, layihə necə davam edəcək və.s. Bu gün tender başladı, prosedur çalışacaq və qalib olan kampaniyanın açıqlanmasından sonra bütün detalları müəyyən edəcəyik”, – bildirir Maia Muşkutiani.

Sağlam həyat tərzinin əsasının qoyulmasına dəstək məqsədi ilə başlanan kampaniya çərçivəsində, məktəblərə alma oktyabr ayından, həftədə bir dəfə paylanacaq. Proqram çərçivəsində 260 000 dənə almanın alınması məqsədi ilə elan olunmuş tender dünən başa çatıb. Kampaniya 10 məktəbin alma ilə təmin olunması üçün Elm və Təhsil Nazirliyinə 69 940 lari təklif edib.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register