Qiorqi Mğebrişvili seçkilərinin müstəqil və təhlükəsiz mühitdə keçirilməsinin təmin olunması üçün sərəncam verib

mgebrisvili

Daxili İşlər Naziri, Qiorqi Mğebrişvili 2017-ci ilin 21 oktyabr tarixinə planlaşdırılmış yerli özünüidarəetmə nümayəndələrinin və icraçı orqanları seçkilərinin müstəqil, təhlükəsiz və sakit mühitdə keçirilməsinin təmin edilməsi üçün xüsusi sərəncam verib.

Nazirlikdən ipn.ge-yə verilən məlumata əsasən, sərəncam Daxili İşlər Nazirliyi tərəfindən əlavə tədbirlərin keçirilməsini nəzərdə tutur. Qeyd olunan sərəncam bu gün qüvvəyə minib.

Bəyənatda deyildiyi kimi, sərəncam eləcə də, seçkiqabağı dövrdə və seçki günü də, polislərin xidmətlərini yerinə yetirərkən siyasi neytrallıq prinsipini qorumaq öhdəliyini də nəzərdə tutur.

Bu il ilk dəfə, Daxili İşlər Nazirinin sərəncamının qüvvəyə minməsi günündən seçki gününə qədər, məsuliyyət daşıyan qruplar öz çalışdıqları ərazidə təmin edəcəklər: Seçkiqabağı təbliğatın sakit və müstəqil mühitdə keçirilməsinə dəstək olmaq üçün müvafiq ölçülərin götürlməsini, həmçinin,  güman etmək üçün yetərli əsas olarsa ki, seçkiqabağı təbliğat prosesinə təhlükə yaradan, zorakılıq və ya ictimai təhlükəsizliyin pozulması gözləntisi zamanı “polis haqqında” Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş, müvafiq qoruyucu polis tədbirlərinin həyata keçirilməsini;

Səsvermə günü – 21 oktyabr tarixində məsuliyyətli qruplar çalışdıqları ərazidə təmin edəcəklər: Gürcüstanın orqanik qanunun – “Gürcüstan seçki məcəlləsi”nin 59-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş istisna  halında, əgər bu ictimai təhlükəsizliyin mühafizəsi üçün vacibdirsə, ərazi qruplarının idarəsində olan polis qüvvələrinin vasitəsi ilə, seçki günü səs vermə binasının ətraf ərazisinin mühafizə və hüquq pozuntusuna reaksiya göstərilməsi tədbirlərinin həyata keçirilməsi;

Gürcüstanın orqanik qanununun “”Gürcüstan seçki məcəlləsi”nin 59-cu maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, məntəqə seçki komissiyasının sədrinin tələbi olan halda, polis qüvvələri nümayəndələrinin vasitəsi ilə, səs vermə binasında qoruyucu və qanun pozuntusuna reaksiya göstərilməsi tədbirlərinin həyata keçirilməsini”, – deyilir Daxili İşlər Nazirliyinin bəyənatında.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register