“Quruculuq Hərəkatı” Marneuli meri vəzifəsinə namizədini təqdim etdi
“Quruculuq Hərəkatı” sentyabrın 22-də Marneuli meri vəzifəsinə namizədi Leyla Məmmədovanın seçicilərə təqdim etdi. Namizədin təqdimatını “Quruculuq Hərəkatı”nın təsisçisi David Usupaşvili həyata keçirdi.
“Marneulidə qalib gəlməli olan qadın namizəd Leyla Məmmədova Gürcüstanın tarixində çox dəyərli səhifə aça biləcək insandır. Bu, mümkündür! Bu vacibdir! Marneuli üçün və bütün ölkə üçün.”
Leyla Məmmədovanın dediyinə görə, Marneulinin əsas problemləri suvarma suyu və içməli sudur və eyni zamanda, gənclərə dəstək vacibdir. Çünki bələdiyyə çoxlu peşəkar gənclər var ki, özlərini göstərmək imkanları yoxdur.
Leyla Məmmədova 2017-ci özünüidarə seçkilərində Marneuli meri vəzifəsi uğrunda mübarizə aparacaq iki namizəddən biridir.
“Marneuli” radiosu
Amil Məmmədov2286 Posts
0 Comments