Marneulidə yeni məscid istifadəyə verildi
Gürcüstan Müsəlmanları İdarəsinin dəstəyi ilə Marneuli rayonun bazar ərazisinin yaxınlığında yeni tikilmiş və istifadəyə verililən “Cümə Məcidi” fəaliyyətə başlayıb. Məscidin ərazisində ibadət üçün bina, dəstəmaz almaq üçün sahə və Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli bölgə nümayəndəliyi üçün ofis binası tikilərək müsəlmanların ixtiyarına verilmişdir. Məsciddə Marneuli və onun kəndlərindən, həmçinin digər rayondan gələn müsəlmanlar ibadət edirlər.
Məscidin tikintisinə 2016-ci ildən başlanmışdır və Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən 80 000 lariyə yaxın maliyə vəsaiti ayrılmışdır. Məscid tikilərək bu il möminlərin istifadəsinə verilmişdir.
Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli bölgəsi üzə müftisi Etibar Eminov “Marneuli” radiosuna müsahibəsi zamanı bildirdi ki, məscidə hər bir müsəlman gəlib ibadət edə bilər.
Onu da əlavə etdi ki, məscidə azərbaycanlı, gürcü və acar müsəlmanları da gəlib ibadət edirlər.
Marneulidə belə məscidin tikilməsinə sevinən müsəlmanlar öz təsuratlarını bizimlə bölüşdülər.
Nəzərnizə çatdırım ki, Gürcüstan Müsəlmanları İdarəsi 2011-ci ildən Gürcüstan Respublikasında rəsmi olaraq dini qurum olaraq qeydiyyatdan keçmişdir. İdarə 2014-cü ildən dövlətdən maliyə almağa başlamışdır.
“Marneuli” radiosu
Amil Məmmədov2286 Posts
0 Comments