“Bizim yüksək vəzifəli qadınlara ehtiyacımız var” – Lela Məmmədova
“Quruculuq Hərəkatı” partiyası Leyla Məmmədovanı namizəd olaraq təqdim etdi. Marneulinin tarixi qadın namizəd xatırlamır, ancaq Məmmədova bu təcrübədən çəkinməyib və 2017-ci ilin özünüidarəetmə seçkilərində altıya yaxın kişi namizədlə qələbə uğrunda mübarizə aparsın. Leyla Məmmədova üçün gender məsələləri vacibdir. O, bizimlə söhbət zamanı bildirdi ki, Marneulili qadınlar öz hüquqları üçün mübarizə aparmalıdırlar.
“Qadınları niyə yüksək vəzifələrə təyin etmirik? Niyə qadınlar kiçik vəzifələrə təyin olunurlar? Bu düzgün yanaşma deyil. Bizim bələdiyyədə yüksək vəzifələrdə təmsil oluna biləcək çoxlu savadlı fəal qadınlarımız var. Biz deyirik ki, biz bərabərik, o cümlədən bələdiyyədə işlə təmin olunma məsələsində. Amma qəbul etməliyik ki, bu belə deyil. Tez-tez diskriminasiyaya yol verilir. Bu mövzuda danışmalıyıq. Biz rayon səviyyəsində bu islahatları həyata keçirsək, bu bütün ölkədəki vəziyyətə təsir edəcək”.
Qadın namizədin təqdim edilməsindən “Quruculuq Hərəkatı”nın lideri Davit Usupaşvili qorxmur. O, qeyd edir ki, stereotiplərin sındırılması nümunəslərin yaradılması ilə başlamalıdır.
“Kimin üstünlüyü olduğu barədə yaradılmış stereotiplər bu məsələdə tamamilə əksinədir. Əgər düzgün addımlar atmasaq o zamanın özü gəlməyəcək. Mən inanıram ki Leyla Məmmədovanın fəallığı yalnız Marneuli əhəmiyyətli məsələ deyil”.
2017-ci ilin 21 oktyabr tarixində yerli özünüidarəetmə seçkilərində merlik üçün Leyla Məmmədovadan başqa bir qadın da mübarizə aparacaq.
“Marneuli” radiosu
Amil Məmmədov2286 Posts
0 Comments