Parlament üçüncü dinləmə ilə konstitusional dəyişikliklərin müzakirəsinə başlayıb

news4

Parlament Gürcüstan Konstitusiyasında planlaşdırılmış dəyişikliklərin layihəsinin müzakirəsinə qayıdır. Konstitusiyada və  eləcə də Acara Muxtar Respublikası haqqında Konstitusional qanunda planlaşdırılmış dəyişiklikləri sabah, üçüncü dinləmə ilə, Hüquqi Məsələlər üzrə Komitə müzakirə edəcək. Sabah büro iclası da baş tutacaq və məlumata görə, növbədən kənar plenar iclasın çağırılması qərarı qəbul olunacaq.

Konstitusiya layihəsinə yalnız redaksiya növlü dəyişikliklər daxil olacaq. Parlament sədri İrakli Kobaxidze tam yeni konstitusional dəyişikliklər layihəsinin təşəbbüsünü anons edib. Təşəbbüsə əsasən bonus sistemi ləğv olunacaq və birdəfəlik – 2020-ci ildə Parlament seçkiləri üçün 3%-lik maneə şəraitində, blokların yaradılması imkanı qalacaq.

Parlamentin gələn həftə üçüncü dinləmə ilə təsdiqləyəcəyi konstitusional dəyişikliklər layihəsi ilə, Parlament idarəçiliyi sistemi formalaşır.

Konstitusional dəyişikliklər layihəsini müxalifət dəstəkləmir.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register