“Gürcü Arzusu” partiyası Marneulidə merliyə namizəd olaraq Temur Abazovu əhaliyə təqdim etdi

-teimuraz abazovi

Bu gün, 24 sentyabr tarixində “Gürcü Arzusu” partiyası Marneulidə merliyə namizəd olan Teymur Abazovu əhaliyə təqdim etdi. Tədbir partiyanın Marneulidəki qərargahında baş tutdu. Rəsmi tədqimat mərasimində Marneulinin majoritar deputatları Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo-Kartli qubernatorunun müavini Zaur Darğallı, Qardabaninin majoritar deputatı Savalan Mirzəyev və digər dövlət nümayəndələri ilə yanaşı məktəb direktorları, müəllimlər və Marneuli sakinləri iştirak edirdilər. “Gürcü Arzusu” partiyasının Marneulidə merliyə namizədi Teymur Abazov Radio “Marneuli”-yə müsahibəsi zamanı seçkiləri qazanacağı təqdirdə, əsasən Marneulidə mövcud olan problemlərin həll olunması üçün çalışacağını və gənclərə dəstək olacağını bildirdi.

“Gürcü Arzusu” partiyasının Marneuli siyahısının birinci sırasında yer alan Amiran Giorqadze müsahibəsi zamanı Temur Abazovla birgə Marneulidəki problemləri araşdırdıqlarını və seçildikləri təqdirdə gələcək işlərində həmin problemlər üzərində çalışacaqlarını bildirdi.

“Cənab Temur gənc bir kadrdı. Baxmayaraq ki, o çox gəncdi onun yetərli dərəcədə təcrübəsi var, müxtəlif vəzifələrdə çalışıb. Ən vacibi odur ki, biz birgə bizim rayonumuzda əhalini narahat edən problemlərin həlli yolunda çalışacağıq. Buna görə də seçkilərdən sonra seçildiyimiz təqdirdə, ilk gündən əhalinin ehtiyaclarının qarşılanması üçün çalışacağıq”- Amiran Giorqadze qeyd edir.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 21 oktyabr tarixində baş tutacaq.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register