Namizədin təqdimat mərasimində iştirak edən qadınlar arasında çoxluğu müəllimlər təşkil edirmiş
24 sentyabr tarixində “Gürcü Arzusu” partiyası Marneulidə merliyə namizəd olaraq Teymuraz Abazovu təqdim etdiş Təqdimat Marneulidə “Gürcü Arzusu” qərargahının yanında baş tutub. Bizim xüsusi monitorinq göstəricilərimizə əsasən təqdimatda 170 nəfərə yaxın qadın iştirak edirmiş. Onlar arasında Marneulinin ictimai məktəb müəllimləri, direktorları və uşaq bağçasının dayələri də var imiş. Biz pedaqoqlardan biri ilə söhbət etdik.
Biz təqdimatda iştirak edən qadın pedaqoqla söhbət etdik. Onların çoxu bizimlə söhbət zamanı bildirdi ki, görüşə xüsusi tələb əsasında gediblərmiş. Ancaq bu haqda rəsmi müsahibə verməkdən çəkinirlər.
Radio Marneuli
marneulifm1106 Posts
0 Comments