Marneulidə brusellyoz xəstəliyinə görə vaksinləmə işləri başlayır
Nino Samxaradze Sereteli kəndində yaşayır. Onun kiçik ailə təsərrüfatı və mal-qarası var. Onun sözlərinə görə, kənddə brosellyoz halları keçən illərdə çox qeydə alınıb.
“10 inəyim var. İnəkləri sağarkən həmişə qorxuram ki, hansındasa brusellyoz olmasın. Çünki brusselyoz varsa süd, pendir hər şey də olur. Ancaq həkimlər həmişə gəlirlər və brusellyozu yoxlayırlar, analiz götürürlər. İndi isə elə qanun qüvvəyə minib ki, pendiri bazara aparanda götürmürlər. Gərək sağlamlıq kağızın olsun. Bundan çox razıyam. 3-4 ayda bir dəfə yoxlasalar yaxşı olar. Qonşu kənddə bir qadın brusellyoza yoluxmuşdu”.
Marneuli Bələdiyyəsində də ölkə miqyasında brusellyozla bağlı pulsuz vaksinləmə başlayıb. Laşa Avaliani Ərzaq Təhlükəsizliyi Agentliyinin Baytarlıq xidmətinin rəhbəri bildirir ki, Marneuli brusellyoz baxımından yüksək risk altında olan ərazilərdəndir.
“Biz ölkə miqyasında, xüsusən də təhlükə olan ərazilərdə kütləvi tədbirlərə başlamışıq. Laboratoloji müayinələr apaprırıq ki, hansı heyvanın brusellyoza yoluxmuş olduğunu aşkarlayaq. Eləcə də brusellyoza qarşı vaksinlər edirik. Brusellyoz heyvandan insana keçə bilir. Əsasən insanlar infeksiyaya yoluxmuş heyvanın süd məhsulları vasitəsilə bu xəstəliyə yoluxurlar. Heyvana qulluq edən şəxs də yoluxa bilər. Xüsusən də doğuş zaman əllər vasitəsilə yoluxmaq imkanı daha yüksəkdir”.
Brusellyoz vaksini Marneuli sakinləri üçün pulsuzdur. Əhaliyə qədər isə mütəxəssislərin öze gedir. Müayinələrdən sonra isə hər bir heyvanın identləşdirilməsi olacaq və onun sağlamlıq vəziyyəti haqqında sahibinə sənəd veriləcək.
2016-cı ildə Marneulidə 17 415 meayinədən 109-da brusellyoz qeydə alınıb.
“Marneuli” radiosu
Amil Məmmədov2286 Posts
0 Comments