Gürcüstanda ilk “iPhone 8”-i kim aldı
Gürcüstanda “iPhone 8” smartfonunun ilk sahibi İran vətəndaşı olub.
“Marneuli” radiosunun KİV istinadən verdiyi xəbərə görə, yeni telefona o, 5 500 lari və ya 2 300 dollar pul ödəyib.
“Alış-veriş zamanı istifadəçi bildirib ki, o, Gürcüstanda, həmçinin İranda ilk “iPhone 8+” smartfonunun sahibi olub”, – deyə mağazada qeyd ediblər.
Bundan öncə “iPhone+” mağazalar şəbəkəsinin meneceri bildirib ki, Gürcüstanda “iPhone 8” və “iPhone 8+” satışları sentyabrın 23-24-də başlanılıb. Eksklüziv smartfon isə sentyabrın 21-də bir nəfərə satılıb.
Amil Məmmədov2286 Posts
0 Comments