Sarp sərhəddində hadisə baş verib

news4

Sarp gömrüyündə hadisə baş verib. “İpn.ge”-yə Maliyyə Nazirliyinin Vergilər Xidmətinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Xatia Moisdzrapişvilinin verdiyi məlumata əsasən bu gün, Gürcüstan gömrük keçid məntəqəsini keçib Türkiyəyə gedən və neytral zonada siqaret alıb Türkiyəyə aparmağa cəhd göstərən vətəndaşlara problem yaradılıb.

Onun izahatına görə, Türkiyə tərəfinin gömrük məntəqəsində tikinti işləri gedir və nə zaman başa çatacağı haqqında məlumat yoxdur. Xatia Moisdzrapişvilinin verdiyi məlumata əsasən təmir işlərinə görə, Türkiyənin gömrük keçid məntəqəsində altı çıxış və girişin əvəzinə biri fəaliyyət göstərir. Bu isə növbənin yaranmasına səbəb olur.

“Növbələrlə bağlı sərhəddə yaranan problem yeni xəbər deyil. Türkiyə tərəfdə gömrük-keçid məntəqəsində təmir işləri gedir. Əvvəl altı çıxış çalışırdı, indi isə biri çalışır. Yay mövsümüdür və səfər edənlərin sayı çoxdur. Əsas problem budur. Bu gün sərhəddi keçib neytral zonada siqaret əldə edib aparmaq istəyən vətəndaşlara problem yarandı. Böyük miqdarda siqaretin aparılmasından söhbət gedir. Ona görə də hadisə baş verdi. Çox adamın problemi yarandı. Gürcü gömrükçülər türk həmkarlarla davamlı olaraq ünsiyyətdədirlər və ilk növbədə onlardan xahiş edirik ki, rəsmi məktubla vətəndaşları saxlamalarının səbəbini konkret olaraq bildirsinlər”, – deyir Xatia Moisdzrapişvili.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register