Tbilisinin uşaq bağçalarından birində uşaq ikinci mərtəbədən yerə düşüb

log

Bu gün 25 sentyabr tarixində, Tbilisinin 206 saylı uşaq bağçasının ikinci mərtəbəsindən uşaq düşüb. Bu haqda bağçanın rəhbərliyi məlumat yayıb və Tbilisi Uşaq Bağçalarının İdarəsi Agentliyindən məlumatı təsdiqləyiblər.

Bağça rəhbərliyindən bildirirlər ki, uşaq hal-hazırda İnqoroğva klinikasındadır və onun vəziyyəti stabildir. Tbilisi Uşaq Bağçalarının İdarəsi Agentliyindən də eyni məlumatı təsdiqləyirlər. Uşağın yaxınları, bağça direktoru və agentliyin nümayəndələri klinikadadırlar.

İnqoroğva klinikasından bildirirlər ki, uşaq hal-hazırda reanimasiya şöbəsindədir və müayinələr aparılır. Tbilisi Uşaq Bağçalarının mətbuat xidmətinin məlumatına görə, uşağın başına zərər dəyməyib və güman ki, sınıqları da qeydə alınmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən “Netgazeti”yə bildiriblər ki, baş verən hadisə ilə bağlı CM-nin 124-cü maddəsi ilə istintaq başlayıb. Maddə ehtiyatsızlığa görə sağlamlığa yüngül zərər vurmanı nəzərdə tutur.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register