Mixail Saakaşvilinin vəkilləri Lvov məhkəməsinin qərarını şikayət edəcəklər
Gürcüstanın keçmiş Prezidentinin, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin müdafiə tərəfi Lvov dairəsinin Mostiska şəhərinin rayon məhkəməsinin qərarını şikayət etməyə hazırlaşır. Bu haqda Saakaşvilinin vəkilinə istinadən Ukrayna mediası yazır.
“Biz bunu mütləq şikayət edəcəyik. Biz appelyasiyas şikayəti yazırıq, bunun üçün 10 gün vaxtımız var”, – deyə vəkil bildirib.
Mixail Saakaşvilinin müdafiə tərəfi birinci instansiya məhkəmə qərarının tamamən ləğv olunmasını tələb edir. Vəkilin sözlərinə görə, onlar hələ məhkəmənin qərarını almayıblar.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments