Xaricdə səfirlik üçün binalar kirayələnmə əvəzinə alına bilər

Gürcüstanın Xarici İşlər Nazirliyi xaricdə səfirliklərin binalarının kirayələnməsi təcrübəsini dayandıra və almağa başlaya bilər. Bu gün Parlamentdə, Diaspora Komitəsində qonaq olan zaman nazirin bildirdiyinə görə, əgər məlum olarsa ki, hansısa ölkədə Gürcüstan səfirlik binasının kirayəsi onun kreditlə alınmasından daha baha başa gəlir, ölkə binanı alacaq.
“Bu istiqamətdə bizim maliyyə nazirliyi ilə 2018-ci ilin büdcəsinin planlaşdırılması zamanı söhbətimiz oldu. Qərar qəbul edilib ki, əgər kirayə daha sonra kredir xidməti daha baha başa gəlirsə, əlbəttə ki, bu yol ilə gedəcəyik. Artıq axtarışa başlamışıq”, – bildirib Canelidze.
Xatırladaq ki, 2014-cü ildə Gürcüstan ABŞ-da səfirlik üçün bina alıb.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments