“VMH” partiyası seçki siyahısının sonuna “təxminən” beş qadın namizəd yazıb

Rahim Askerov

“Vahid Milli Hərakat” partiyası Marneuli merliyi uğrunda mübarizəyə partiyanın Marneuli rayon təşkilatının sədri Rəhim Əskərovun namizədliyini təqdim edib. Rəhim Əskərov 2014-cü ildə isə yerliözünüidarə etmə seçkilərində qələbə qazanaraq Marneuli bələdiyyə məclisinin deputatı seçilmişdir. O, 2016-cı ildən partiyanın Marneuli rayon təşkilatının sədri vəzifəsində çalışır.

Rəhim Əsgərovla söhbətmiz zamanı o, bildirdi ki, bələdiyyə məclisinin deputatı olduğu üçün Marneuli ərazisində olan problemlər haqqında məlumatı çoxdur. Onların partiyasının əsas məqsədi Marneulidə mövcud olan sosial problemlər, infrastruktur, kəndlərdəki içməli və suvarma suyu problemləri, təhsilin və idmanın inkişafı problemlərini həll etməkdir. O bildirdi ki bu sahədə Marneulidə heç bir iş görülmür, əgər hanısa iş görülürsə də bu çox azdır.

Rəhim Əsgərov proporsional siyahı üzrə birincidir. Onun dediyinə görə, onların siyahısında bir neçə qadın namizəd də var, amma onların adları siyahıda sonuncu yerlərdədir.

Rəhim Əsgərov həmin qadın namizədlərin adlarını, siyahıda son sıralarda olduqları üçün açıqlamaq istəmədi.

Partiya Marneulidə seçki öncəsi fəaliyyətə oktyabr ayının 1-dən başlamağı planlaşdırır.

“Marneuli” radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register