Temur Abazovun seçicilərlə ilk görüşü baş tutub

abazovi bazarshi

“Gürcü Arzusu” partiyasının Marneuli meri vəzifəsinə namizədi dünən baş tutan təqdimatından sonra ilk görüşünü bu gün bazar ərazisində keçirdi. Biz görüşdə iştirak edə bilməsək də, görüşdən sonra bazarda çalışanlarla görüşün məqsədi barədə söhbət etdik. Sorğu keçirdiyimiz əhalinin əksəriyyəti namizədin onların yanında olacağını vəd etdiyini bildirdi.

Düzdür, mer vəzifəsinə namizəd Temur Abazov əhali ilə görüşü zamanı onların yanında olacağını vəd etdi, lakin onunla telefon əlaqəsi yaratdığımızda vaxtı olmadığını əsas gətirərək müsahibədən imtina etdi. Bununla belə görüş haqqında mütləq şərh verəcəyini bildirdi.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 21 oktyabr tarixində baş tutacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register