Teymur Abazov 4 kəndin əhalisi ilə görüşüb
“Gürcü Arzusu” partiyasının Maneulidə merliyə namizədi Teymur Abazov 26 sentyabr tarixində Xocorni, Tsopi və Ağkörpü kəndlərinin əhalisi ilə görüşüb. Namizəd əhaliyə öz planları haqqında məlumat verib.
“Əhali ilə görüş zamanı əsasən planlarımız haqqında, nəyi nə vaxt həyata keçirəcəyimizlə bağlı məlumat verdik. Onlar isə öz suallarını səsləndirdilər”- Teymur Abazov qeyd edir.
Abazovun dediyinə görə kənd əhalisinin əsas problemi elektrik enerjisi, su və yanacaqla bağlıdır. Xocorni və Tsopi kəndlərinin əhalisindən hansı gözləntilərinin olmasını və hansı probləmlər olduğunu soruşduq.
Teymur Abazov partiyadan merliyə namizəd olaraq 24 sentyabr tarixində, bazar günü təqdim olundu. O, ilk dəfə əhali ilə 25 sentyabr tarixində Marneulinin mərkəzi bazarında görüşdü.
Radio “Marneuli”
marneulifm1106 Posts
0 Comments