Marneuli “İmam Əli” adına məsciddə mübahisə yaranıb

mechet

Gürcüstanda rəsmi olaraq qeydiyyata alınmış məcidlər Ümum Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində fəaliyyət göstərir. Bu məscidlərdən biri də İmam Əli adına məscddir.

Lakin məscidin şura üzvləri Ümum Gürcüstan Müsəlmanları İdarəsinin tərkibində fəaliyyət göstərmək istəmirlər. Nəticə olaraq İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzi (EMC) şiə müsəlman icması adından, Dini Məsələlər Üzrə Dövlət Agentliyi,Ümum Gürcüstan Müsəlmanlar İdarəsi, Dövlət Əmlakı Milli Agentliyi və Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə qarşı məhkəməyə müraciət edib.

Bu məlumatlar təşkilatın press-relizində qeyd edilib və bu barədə Ümum Gürcüstan Müsalmanlarının Ali dini idarəsinin sədri Mirtəqi Əsədov radiomuza məlumat verdi.

Məsələ ilə əlaqədar Ümum Gürcüstan Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, məscid heç bir yerdə qeydiyyatda olmadığı üçün 2011-ci ildə İqtisadiyyat və Davamlı İnkişaf  Nazirliyinin balansına keçib. Bu barədə Ümum Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli üzrə nümayəndəsi Hacı Qurban məlumat verdi.

Xatırladaq ki, məhkəmə prosesi 2017-ci il dekabr ayının 6-da baş tutacaq.

 

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register