“Gürcü Arzusu” partiyasının namizədlər siyahısı kişilərdən ibarətdir

Vahid Milli Hərəkat partiyası 20 nəfərlik seçki siyahısını yayımlayıb, təqdim olunmuş namizədlər arasında 6 nəfər qadın da var, onların adı Gürcüstan qanunlarına müvafiq olaraq ilk onluqda yazılıb. Lakin onların adları sonuncu – 8, 9 və 10-cu yerlərdədir .
“Vahid Milli Hərakat” partiyasının qadınlar təşkilatının rəhbəri Tinatin Bokuçava qadınların siyasətə marağının artırılmasını nəzərdə tutan, partiyanın daxili siyasətinin əsas məqsədi haqqında danışır.
“Bu çox vacibdir və qeyd etməliyəm ki, bizim partiyada “Gürcü Arzusu” partiyası ilə müqayisədə vəziyyət dəfələrlə daha yaxşıdır. Xüsusən də Marneulidə, “Gürcü Arzusu”nun onluqdan əlavə iyirmiliyində də heç bir qadın yoxdur. Məncə bu çox açıq şəkildə “Gürcü Arzusu” partiyasının gender bərabirliyinə olan mövqeyini göstərir”- qeyd edir Tinatin Bokuçava.
Düzdür, Tinatin Bokuçava qadınların siyasətə olan maraqlarının artırılmasından danışsa da, Milli Hərakat partiyasının Marneulidə merliyə namizədi Rəhim Əsgərov siyahıda olan qadınları vurğulamadı, onların siyahının sonunda olmalarını isə passivliklə əsaslandırdı.
“Avropalı Gürücstan” partiyasının seçki siyahısında ümumilikdə 36 namizədi var, onlar arasında 5 nəfəri qadındır. Majoritar deputatlığa namizəd olaraq isə heç bir qadın təqdim olunmayıb. Qanunu bu partiya pozmayıb, ancaq seçki qabağı kampaniyaya heçbir qadın qoşulmayıb. Merliyə namizəd olan Əhməd İmamquliyev bunu Marneuli mentaliteti ilə əlaqələndirir.
“Bildiyiniz kimi bizim rayon mentalitet baxımından biraz başqa yönlüdür. Bu səbəblə də biz hər görüşümüzə qadınları apara bilmirik”- qeyd edir Əhməd İmamquliyev.
“Gürcü Arzuzu” – Demokratik Gürcüstan partiyasının heç bir qadın namizədi yoxdur. Səbəb haqqında isə Amiran Qiorqadze danışır.
“Bizim partiya belə düzgün hesab edib. Buna görə də bu qərarı verdik. Ona görə yox ki, biz qadın namizəd istəmirik sadəcə partiya belə düzgün hesab edib”- qeyd edir Amiran Qiorgadze.
Qeyd edək ki, qanunda qadınların hansı yerdə olması ilə bağlı qayda yoxdur. Qadın hüquqları üzrə müdafiəçi Baia Pataraia bildirir ki, əksər hallarda partiyalar qanundan sui istifadə edirlər.
“Qanunda yazılmayıb ki, qadınlar siyahının hansı qismində olmalıdırlar. Partiyalar əksər hallarda bunu dəyişik salırlar və qadınları 9-cu və 10-cu sıraya yazırlar və bunu partiyadan 10 nəfərin də birdən keçməyəcəyini bilə-bilə edirlər. Mən düşünürəm ki, partiyalarin belə formada sadəcə qanuna riayyət etdiklərini göstərmək üçün siyahının sonunda göstəriş üçün qadın adları qeyd etməkləri qanunun problemidi və bu siyasi partiyalar qanundan sui istifadə edirlər”- qeyd edir Baia Pataraia.
Baia Pataraia gender bərabərliyini qorumaq üçün qeyd edir ki, qanunla partiyaların siyahısının hər bir üçlüyundə, qadın namizəd olmalıdır.
Radio “Marneuli”
marneulifm1106 Posts
0 Comments