“Gürcüstan Vətənpərvərlər Alyansı” partiyası Marneulidə merliyə namizədini təqdim etdi

APG-logo

   Marneulidə merlik uğrunda  daha bir nəfərin, “Gürcüstanın Vətənpərvərlər Alyansı” – partiyasından Marneulinin Saimerlo kənd sakini Zviad Şubitidze mübarizə aparacağı məlum oldu. Merliyə namizəd olan şəxs  Marneulidə müxtəlif sahələrdə çalışıb. Bu səfər isə özünü siyasət sahəsində sınamaq istədiyini bildirir. O, eləcə də indiki hakimiyyətdə prinspiallıq olmadığını,  bu səbəblə o, prinsiplərini dəstəklədiyi “Gürcüstanın Vətənpərvərlər Alyansı” partiyasının üzvü olaraq siyasətə qoşulduğunu bildirir.

 

“Mən Marneulidə anadan olmuşam. Saimerlo kənd sakiniyənş Bu səfər mən yerli hakimiyyət seçkilərində mübarizə aparmağa qərar verdim. Əhalinin fikrinə diqqət etdikdə görürəm ki, mənim şansım böyükdü və xalq tərəfindən də dəstəyim var. Mən düşünürəm ki, bizim indiki hakimiyyətdə prinsip dəstəkləək əskikdi və mən bu prinsipliliyi sadəcə bizim partiyada, liderlərdə və üzvlərdə gördüm”- Zviad qeyd edir.

Partiya və onun öz vədlərinə gəldikdə isə, “Gürcüstan Vətənpərvərlər Alyansı” partiyasının namizədi Zviad Şubitidze əsasən yerli sakinlərlə çalışacağını və ümumilikdə üstünlüyü yerli sakinlərə verəcəyini bildirir. O, qeyd edir ki, Marnelinin ən ciddi problemlərindən  biri  bələdiyyədə təhsilsiz və vəzifələrini tamamlamayan kadrların çalışmasıdır. Seçildiyi təqdirdə bu problemi  növbəti şəkildə həll edəcəyini qeyd edir.

“Mən əsas üstünlüyü  yerli əhaliyə verirəm, düşünürəm ki, indiki zamanda əhali kölgədədir və xalqın problemləri və istəkləri nəzərə alınmır. İstər kadr siyasəti istərsə də problemlərlə maraqlanma sahəsində əhaliyə yetərincə dəstək olunmadığını düşünürəm. Əminliklə deyə bilərəm ki, mən əhaliyə daha yaxşı şərait vəd edirəm. Marneulinin əsas problemlərindən biri bələdiyyədə qeyri peşakar kadrların çalışmasıdır. Onlar dövlət imtahanını keçmədən çalışırlar və keçmədikləri təqdirdə heçkim onların çalışmalarına mane olmur. Mən seçildiyim təqdirdə bu problemi ilk həftədə həll edəcəyəm. Bunun üçün bir ilə və ya vədlərə ehtiyac olmayacaq”- Zviad Şubitidze qeyd edir.

Zviad Şubitidze eləcə də təmsil etdiyi partiyada qadınların səyinin vacibliyindən söz açır və Vətənpərvərlər Alyansı partiyasında digər partiyalardan fərqli olaraq gender bərabərliyinə üstünlük verildiyini bildirir.

“Qadınların iştirakı çox vacibdir , digər partiyalardan fərqli olaraq bizim partiyanın atdığı hər addımda, həyata keçirdiyi hər işdə gender bərabərliyinə diqqət yetirilib. Bizim ilk beşliyimizdə 2 qadın, onluqda 3 qadın var, elə 11-də qadındır. Majoritar olaraq da 3 qadın təqdim etmişik, biz onlara inanırıq, biz əminik ki, seçildikləri təqdirdə onlar əhalinin yanında olacaqlar ”- Zviad Şubitidze qeyd edir.

21 oktyabrda keçiriləcək seçkilər üçün bu mərhələdə Mərkəzi Seçki Dairəsinə 12 seçki subyekti qeydiyyat üçün sənədlərini təqdim edib.

Radio “Marneuli”

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register