Partiya bayrağı ilə uşaqların fotosunu paylaşdığına görə müəllim 1000 lari dəyərində məbləğlə cərimələnə bilər

სხეფის-სკოლა

MSK-nın məlumatına görə, Şuaxevi dairə komissiyasının sədrinin qərarına əsasə, Sxepi kəndinin ictimai məktəbinin müəllimi, Marina Darçidzeyə qarşı inzibati qanun pozuntusu protokolu tərtib olunub. Bunun səbəbi isə müəllimin  “Gürcü Arzusu” partiyasının bayraqları ilə uşaqların fotosunu çəkməsi və Facebook sosial şəbəkəsində paylaşması olub.

“Marina Darçidze məktəbdə şagirdlərlə birgə foto çəkdirib. Sinif partalarında siyasi partiya “Gürcü Arzusu-Demokratik Gürcüstan”nın partiya bayraqları yerləşdirilib. Qeyd olunan fotonu Marina Darçidze Facebook-da yerləşdirib. Bununla bağlı “Beynəlxalq Şəffaflıq – Gürcüstan” Şuaxevi dairə komissiyasına ərizə ilə müraciət edib. Bunun nəticəsində Şuaxevi seçki dairə komissiyasının araşdırması həyata keçirilib”, – MSK-nın bəyənatında qeyd olunur.

Onların məlumatına görə, araşdırma əsasında tərtib olunan, 1000 lari dəyərində cərimə nəzərdə tutan qanun pozuntusu protokolu, növbəti reaksiya göstərilməsi üçün müvafiq məhkəməyə göndərilib.

Mənbə: Netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register