Xədicə İsmayılova “Alternativ Nobel” mükafatı qazanıb

xedice

Azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayıl “Right Livelihood” mükafatı ilə təltif olunub. Avropa media vasitələri mükafatı “Alternativ Nobel” adlandırırlar. İsmayılovanı mükafatlandıran fond Stokholda yerləşir.

Xədicə Azərbaycanda tanınmış araşdırmaçı jurnalistdir. 2014-cü ildə  saxta ittihimlarla təxminən bir il yarım müddətinə onu həbs etdilər. Hal-hazırda Xədicə İsmayılova azadlıqdadır, ancaq, məhkəmə qərarı ilə Azərbaycandan kənara çıxa bilmir.

Fondun jurisi bildirib ki, İsmayılova rüşvətə qarşı mübarizə apardığı üçün mükafatlandırılıb.

İsmayılova ilə birgə Efiopiyalı aktivist və Hindistanlı vəkil də mükafat alıb. Mükafat 3 milyon isveç kronudur ($374 min) və üç qalib mükafatı bölüşəcəklər.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register