Parlament 117 səslə Konstitusional dəyişikliklər layihəsini təsdiqləyib

news4

Parlament üçüncü dinləmə ilə Gürcüstan Konstitusiyasında dəyişikliklər layihəsini təsdiqləyib. Gürcüstan Konstitusiyası layihəsini 117-səslə, 2-əleyhinə səslə qəbul ediblər. 114-lehinə, 3-əleyhinə – Acara Muxtar Respublikası haqqında Konstitusional qanunda dəyişikliyi belə nəticə ilə qəbul ediblər.

2018-ci ilin Prezident seçkilərindən sonra qüvvəyə minəcək Konstitusiyada həyata keçirilən dəyişikliklərlə, ölkə klassik Parlament modelinə keçir.

Konstitusional dəyişikliklərə əsasən, əsas dəyişikliklərdən biri qarışıq seçki sistemindən, proporsial seçki sisteminə keçiddir, ancaq proporsial seçki sistemi 2024-cü ilin Parlament seçkiləri üçün qüvvəyə minəcək. gələcək 2020-ci il seçkiləri isə yenidən mövcud olan qarışıq seçki sistemi ilə keçiriləcək. Ancaq bu seçkilər üçün, bir dəfəlik, 3%-lik seçki barieri qüvvədə olacaq.

Konstitusiyanın yeni nəşrinə əsasən Prezident birbaşa qayda ilə seçiləcək. Prezident 150 üzvdən ibarət olan, xüsusi seçki kollegiyası tərəfindən seçiləcək.

2018-ci ilin Prezident seçkiləri birbaşa qaydada seçiləcək və seçici gələn seçkilərdə Prezidenti 6 il müddətinə seçəcək.

Konstitusiyada planlaşdırılmış daha bir yenilik Prezidentin iclas orqanı – Milli Təhlükəsizlik Şuradının ləğv olunması və onun əvəzinə müdafiə şurasının yaradılmasıdır.

Konstitusional dəyişikliklər çərçivəsində Konstitusiyanın demək olar ki, bütün maddələrinə nəzər yetirilib.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register