Telavidə baş verən qətl hadisəsində ittiham olunan şəxs saxlanılıb

DİN-in Kaxeti üzrə Polis Departamentinin və Telavinin rayon İdarəçiliyinin əməkdaşları, 1975-ci il təəllüdlü Q.B. şəxsi qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.
DİN-in məlumatına görə, istintaq təsdiq edib ki, ittahim olunan şəxs Telavi rayonunun Qurdğelauri kəndində, mübahisə nəticəsində öz kəndlisinə odlu silahdan atəş açaraq öldürüb və hadisə yerindən qaçıb.
Hüquq-mühafizəçiləri isti izlə aparılan operativ araşdırma nəticəsində hadisədən 3 saat sonra, Gürcianidə həmin şəxsi saxlayıblar. Polis cinayətin törədildiyi silahı – aşkar edib. Saxlanan şəxs öz günahını etiraf edib.
Qəsdən adam öldürmə faktı əsasında istintaq işi gedir. (Gürcüstan CM-nin 108-ci maddəsinə əsasən).
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments