Marneulidə qadın seçicilərin üstünlüklərinə dair sorğu keçirildi

1

   Bu gün səhərdən Marneulidə ATA HOLDİNG ərazisindən yolunuz düşübsə görərdiniz ki, üzərində qadın namizədlərin üstünlüklərini müəyyən etmək üçün xüsusi sorğu vərəqəsi olan stol var. Demokrat Qadınlar Cəmiyyətinin nümayəndəsi Olqa Endeladze yoldan ötən adamları saxlayır və onlara izah edirdi ki, bu gün mülki cəmiyyətin regional şəbəkəsi çərçivəsində həyata keçirilən kampaniya nəyə xidmət edir.

Sorğu bir neçə problemli məsələdən ibarət idi. Məsələn, ailədə zorakılıq, uşaq bağçalarının və fiziki imkanları məhdud olan şəxslərin problemləri. İştirakçıların qeyd olunanlardan 3 problemi seçmək imkanı var idi. Sorğuda iştirak edən Algeti sakini olan qadın sorğunu dolduran zaman su, yol və uşaq bağçaları problemi ilə yanaşı, sosial problemlərin təsviri zamanı öz ailəsinin çətinlikləri haqqında da danışıb.

Demokrat Qadınlar  Cəmiyyətinin sədri Olqa Endelazde kampaniyanın əhəmiyyətindən danışır.

Kampaniya 3 gün davam edəcək və 10 regionda keçiriləcək. Sorğunun nəticələrinin təqdimatından sonra mülki cəmiyyətin regional şəbəkəsi müşahidə edəcək ki, təqdim olunan nəticə namizədlərin və partiyaların proqramında nə dərəcədə yer alacaq, qadın seçicilərin üstünlükləri nə dərəcədə nəzərə alıanacaq.

“Manreuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register