Gürcüstan Parlamenti üçüncü dinləmə ilə yeni Konstitusiyanı təsdiqləyib

konstitusiya

   Gürcüstan Parlamenti Konstitusional çoxluqla konstitusiya layihəsini sentyabrın 26-da təsdiqləyib. İclasda qeydiyyatdan 119 deputat keçib. Konstitusiya dəyişikliklərini isə üçüncü dinləmə ilə 117 deputat dəstəkləyib. Parlament iclasında Parlament çoxluğu və müxalifət partiyalarının nümayəndələri iştirak etməyiblər. Konstitusiya qanunlayihəsini Gürcüstan Parlamenti, konstitusional çoxluqla, müxalifətin səsləri olmadan iki dinləmə ilə 2017 ci ilin iyununda qəbul edib.

Müxaifət partiyalarının əsas tələbi seçki sisteminin dəyişilməsinə bağlıdır. Yeni qəbul edilmiş konstitusiyaya əsasən ölkə proporsial seçki sisteminə 2024-cü ildə keçəcək. Ancaq müxalifət tələb edirdi ki, 2020-ci ildə seçkilər proporsial qaydada keçirilsin. İlia Dövlət Universitetinin, Hüquq məktəbinin, Konstitusional Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Qiorqi Mumladzenin dediyinə görə, yeni qəbul edilmiş konstitusiya ölkənin demokratik keyfiyyətini təhlükə altına qoyur.

“Təcrübə göstərir ki, majoritar sistem şəratində idarəçi komanda həmişə  çoxluq təşkil edir. Qalanları parlamentdə azlıq təşkil edir və bu demokratiya üçün yaxşı deyil”.

Parlament seçkilərinin qaydaları ilə birgə yeni konstitusiyaya əsasən prezident seçkilərinin qaydası da dəyişir və 20204 cü ildən prezidenti dolayı yolla seçəcəklər. Qiorqi Mumladze bunu geriyə atılmış addım olaraq hesab edir.

“Yeganə sahə idi ki, orada fərqli adamlar prezident ola bilərdilər. Ümumilikdə dövlət institutları üçün bu siyasi mübarizə idi”.

İlia Dövlət Universitetinin, Hüquq məktəbinin, Konstitusional Araşdırmalar Mərkəzinin tədqiqatçısı eləcə də həyata keçirilən dəyişikliklərin təhlükəsindən də danışır.

“Sənədin qəbul edilməsi və ya edilməməsi məsələsi deyil. Yenə də gürcü xalqına qarşı təhlükə yaranır. Bu halda onu qəbul etməkdə demokratiya üçün təhlküə yaradır. Belə çıxır ki, idarəçi komanda öz marağından dolayı konstitusiyanı idarə edir”.

Yuxarıda qeyd olunan dəyişikliklərlə birgə Mumladze şəxsi hüquqları və ailə təsvirinin müəyyən edilməsi ilə bağlı dəyişiklikləri də ayırır və bunu da mənfi dəyərləndirir.

“Marneuli” Radio

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register