Abxaziyadan qaçqın düşən Lamziranın hekayəsi
Lamzira Meqrelişvili üçün bugünkü gün xüsusən ağır xatırlanan gündür. 37 yaşında gənc ağır günlər yaşayıb. Bu çətinlikləri 1993-cü ilin 27 sentyabrında, Abxaziyada öz evini tərk edib, 17 yaşlı övladının məzarını sahibsiz qoyub gəlməyi daha da ağırlaşdırır. Bu günə kimi Lamziranın bitişməz yarası olaraq qalmaqdadır. Bu gün gözü yaşlı öz soydaşları ilə birgə Çaba çayını keçməli olduqları həmin məqamı xatırlayır.
“Yolda tez-tez dayanırdıq. Qvardiyaçılar isti nəisə gətirirdilər. Yandırmağa nəisə tapırdıq, tava qoyurduq və çörəyi azca qızdırıb onu yeyirdik. Torpaq donmuşdu deyə daşları da çıxara bilmirdik. Birtəhər daş toplayırdıq ki, itlər və canavarlar bizi yeməsin. Yeni doğulmuş körpələr də var idi. Mən özüm qarda ayaqyalın gəlirdim. Ayaqqabım palçıqda batıb qaldı və ayaqyalın gəlməyə məcbur oldum. Ayaqüstə duranda heç kim başa düşmürdü ki, ayaqlarım donub”.
Övladını dəfn etdiyi yeri bu gündə xatırlayır.
“Mən bügün də fikirləşmirəm ki, övladımın qəbrini oradan başqa yerə köçürəm. Haradakı vuruşdu və qanını tökdü orada da dəfn etmişik. Qəbir olmasa da mən yerini bilirəm harada dəfn etmişəm. Onu heç vaxt buraya gətirmərəm. Çox adam təklif etdi mən razılaşmadım. Rəhmətə getmiş adama niyə əzab verim ki. Orada təkcə mənim övladım deyildi. O, həmin torpağa, oradakı dostlarına görə özünü fəda etdi.”.
Lamzira Meqrelişvili üçün Marneuliyə qədər yol çox çətin imiş. Onun Seretelidə qohumu yaşayırmış və özünə orada sığıanacaq tapıb. Sonra isə Marneulidə məskən salıb, yaşadığı yerdə ona ayaqda durmağa dəstək göstərən insanlara minnətdar olduğunu bildirir.
“Mən çox pis vəziyyətdə yaşayırdım. İndi şəxsən azərbaycanlılara minnətdaram. Mənə çox kömək etdilər. Stəkandan tutmuş yatağa qədər hər şey verdilər”.
O, Abxaziyaya qayıtmaq ümidini heç vaxt itirmir.
“İnsan ümidlə yaşayır. Mən heç vaxt ümidimi itirməmişəm. Mən olmasam da uşaqlarım bunu görəcək. Gürcüstan bütöv olacaq. Biz qaçqınıq köçkün deyilik. Mən özümü qaçqın olaraq hiss etmirəm.Gürücstan torpağında yaşayırıq”.
Abxaziya müharibəsi 1992-1993-cü illərdə baş verib. Konflikt nəticəsində 20,000-dən 30,000-ə qədər etnik gürcü həlak olub, 250,000-dən çox adam isə Abxaziyadan qaçqın düşüb. Konflikt müddətində hər iki tərəfdən sayca çox hərbi cinayət, eləcə də əhalinin etnik təmizlənməsi törədilmişdir. 2,500-dən 4,000-ə qədər abxaz həlak olub, 20,000 abxaz isə qaçqın düşüb.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
You may also like
0 Comments