“Demokratik Hərəkat – Vahid Gürcüstan” Marneulidə merliyə namizədini təqdim edib
“Demokratik Hərəkat – Azad Gürcüstan” partiyası Marneulidə merliyə namizəd olaraq Vepxvia Qurqenişvilini elan edib. Bizimlə söhbət zamanı o, qeyd etdi ki, yerli sakindir və Marneulidə olan problemləri yaxşı bilir. Siyasətə isə artıq uzun illərdir aktiv şəkildə qoşulub. O, əsas problem olaraq işsizliyi qeyd edir. Onu da bildirir ki, qalib gəldiyi təqdirdə işsizlik problemini sərbəst ticarət ərazisinin yaradılması ilə həll edəcək.
“İşsizlik problemi mütləq həll olunmalıdır. Əhali boş vədlərdən çox işsizliyə görə narahatdır. İlk növbədə çalışacam ki, rayonda təzmizləmə işləri aparılsın və işsizlik problemi həll olunsun. Böyük ticarət zonası olmalıdır. Azərbaycandan və Ermənistandan, eləcə də digər ölkələrdən texnikadan dolayı bütün məhsullar gətirilməlidir”.
Vepxvia Qurqenişvilinin dediyinə görə, artıq seçkiqabağı kampaniyaya başlayıblar və kampaniya çərçivəsində aktiv şəkildə əhali ilə görüşürlər. Əhaliylə öz seçki proqramı haqqında söhbət aparır. Onların partiya siyahısına gəldikdə isə, cəmi 30 namizədləri var və onlardan da hər onluğa 4 qadın daxildir.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments