Marneulinin meri vəzifəsinə namizədlər seçki proqramlarını sabah təqdim edəcəklər

29 sentyabr tarixində, saat 14:00-da Marneuli Mülki Məşğulluq Mərkəzində, seçki üzrə Media Mərkəzin layihəsi çərçivəsində, Marneulinin merliyə namizədlərinin seçki proqramının təqdimatı və seçicilərlə müzakirə baş tutacaq. Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinatoru Mariam Samxaradze bildirir ki, görüşdə namizədlər öz üstün istiqamətlərini təqdim edəcəklər. Onlar qalib gəldikləri təqdirdə üzərində çalışacaqları məsələlər haqda danışacaqlar. Müzakirənin bir hissəsində isə auditoriyanın suallarını cavablandıracaqlar.
“Hər bir namizədin 5-7 dəqiqə vaxtı olacaq ki, öz seçki proqramını təqdim etsin. Həmçinin, qalib gələrlərsə həyata keçirəcəkləri işlərdən danışacaqlar. Hər namizədin çıxışından sonra müzakirə edəcəyik. Auditoriyanın sualları cavablandırılacaq”.
Müzakirədə QHT-lər və media nümayəndələri, aktiv vətəndaşlar, gənclər və başqa marağı olan şəxslər iştirak edəcəklər.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments