Kobuletinin iki saylı ictimai məktəbinin yeddinci sinifinin 12 nəfər şagirdini, zəhərlənmə simptomları ilə xəstəxanaya yerləşdiriblər
Kobuletinin iki saylı ictimai məktəbinin yeddinci sinifinin 12 nəfər şagirdini, zəhərlənmə simptomları ilə xəstəxanasına yerləşdiriblər.
Kobuleti Resurs Mərkəzinin rəhbəri Madonna Qoqitidzenin “İpn”-ə verdiyi məlumata görə, uşaqlar həkimlərin nəzaraəti altındadırlar və özlərini yaxşı hiss edirlər.
Madonna Qoqitidzenin qeyd etdiyinə görə, uşaqların bir hissəsi su, digər hissəsi isə qida qəbul edibmiş.
“Kobuletinin iki saylı ictimai məktəbinin yeddinci sinifinin 12 nəfər şagirdi Kobuletidə referral xəstəxanaya yerləşdirilib. Onlar özlərini yaxşı hiss edirlər. Səhər onlar bildiriblər ki, qarın və baş ağrıları var. Onların sözlərinə görə, bir hissəsi su digər hissəsi qida qəbul ediblər. Hələlik bilmirəm bu simptomlara nə səbəb olub. Uşaqlar yaxşıdırlar, mərhələli şəkildə həkimlər onları evə çıxaracaqlar”, – bildirir Madona Qoqitidze.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments